Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

XXXI Yay Olimpiya Oyunlarının möhtəşəm açılış mərasimi keçirilib [YENİLƏNİB] VİDEO

Komandaların paradından sonra Braziliya Milli Olimpiya Komitəsinin prezidenti Karlos Artur Nuzman çıxış edərək XXXI Olimpiadanın ölkəsində keçirilməsindən qürur duyduğunu deyib. O, müxtəlif ölkələrdən olan atletlərin idman və sülh üçün bir araya gəldiyini bildirərək Rio-de-Janeyronun bu prosesə mühüm töhfə verməsindən məmnunluğunu ifadə edib.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax isə çıxışında Cənubi Amerikada ilk Olimpiadaya ev sahibliyi edən Braziliyanın bu mötəbər tədbiri yüksək səviyyədə keçirmək üçün ciddi hazırlaşdığını bildirib. Hazırda dünyada ciddi gərginliklərin olduğunu deyən T.Bax on mindən çox atletin mehribanlıq şəraitində mübarizə apararaq, Olimpiya Kəndində bir yerdə yaşayaraq, eyni hisləri bölüşdüklərini diqqətə çatdırıb. O, bu baxımdan Olimpiya qaçqın idmançılar komandasının dünyada milyonlarla qaçqında böyük ümidlər oyatdığını deyib.

Olimpiya hərəkatının və həmrəyliyinin inkişafındakı xidmətlərinə görə Keniya Milli Olimpiya Komitəsinin prezidenti, ikiqat Olimpiya çempionu Kipçoqe Keinoya BOK-un ilk dəfə təsis etdiyi xüsusi mükafat təqdim olunub.

Braziliya Prezidenti vəzifəsini icra edən Mişel Temer XXXI Yay Olimpiya Oyunlarını açıq elan edib.

Olimpiya bayrağı “Marakana” stadionuna gətirilib və Olimpiya himni səsləndirilib.

Sonra idmançıların, hakimlərin və məşqçilərin adından Olimpiya andı içilib.

Nəhayət, 26 min kilometrlik səyahətdən sonra Olimpiya məşəli “Marakana” stadionuna gətirilib. 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı Vanderlei Kordeiro de Limanın XXXI Yay Olimpiya Oyunlarının məşəlini alovlandırması ilə açılış mərasimi başa çatıb. XXXI Yay Olimpiya Oyunlarına avqustun 21-də yekun vurulacaq.

 

04:54

Atəşfəşanlıqdan sonra qlobal istiləşmə nəticəsində dəniz səviyyəsinin artması, ekoloji problemlərin artması və bundan çıxış yolları ilə bağlı videoçarx nümayiş etdirilib. Filmdə meşələrin bərpası istiqamətində Braziliyada, o cümlədən Rio-de-Janeyroda həyata keçirilən tədbirlər əks etdirilib.

Sonra komandaların paradı başlayıb. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin – Yunanıstanın idmançıları arenaya daxil olublar. Digər ölkələrin komandaları onun arxasınca əlifba sırası ilə gəliblər. Azərbaycan idmançıları Avstriyadan sonra stadiona daxil olublar.

 

03:45

Mərasim Braziliyaya həsr olunan videoçarxın nümayişi işə başlayıb. Bu videoda ölkənin təbiətini, idman ənənələrini əks etdirən görüntülər braziliyalı məşhur müğənni Gilberto Gilin 1969-cu ildə bəstələdiyi musiqinin müşayiəti ilə təqdim olunub.

“Marakana” stadionunda quraşdırılan böyük səhnədə Olimpiya Oyunlarının əsas dəyərlərindən sayılan sülhü təmsil edən görüntülər formalaşdırılıb. Sonra məşhur müğənni Paulinho da Violanın ifasında Braziliyanın dövlət himninin səsləndirilib və bu ölkənin bayrağı “Marakana” stadionunda qaldırılıb.

Daha sonra minlərlə projektor vasitəsilə “Həyatın yaradılışı” adlı kompozisiya təqdim olunub. Bu kompozisiyada ölkənin füsunkar təbiəti və aborigen əhalisi, portuqaliyalıların hücumu, Afrikadan kölələrin gətirilməsi, miqrant axını nəticəsində Braziliya xalqının formalaşması möhtəşəm görüntülərlə əks etdirilib. Kompozisiyanın növbəti hissəsində ölkənin inkişafı nəticəsində müasir şəhərlərin, meqapolislərin meydana çıxması parkur qrupların iştirakı ilə təqdim olunub.

Daha sonra Braziliyanın görkəmli şəxsləri haqqında elementlər təqdim edilib. Bu hissədə braziliyalıların təyyarənin banisi hesab etdikləri Alberto Santos-Dumontun təyyarə ilə uçuşu təsvir olunub. Braziliyalı bəstəkar Tom Jobimin nəvəsi Daniel Jobimin ifasında “İpanemalı qız” mahnısının sədaları altında səhnəyə bu ölkədən olan məşhur model Gizele Bündxen çıxıb. Sonra müxtəlif musiqi qrupları səhnədə çıxışlar ediblər və möhtəşəm atəşfəşanlıq olub.

 

03:01

Bakı, 6 avqust, AZƏRTAC

Avqustun 6-da Bakı vaxtı ilə saat 03:00-da Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının möhtəşəm açılış mərasiminə start verilib.

AZƏRTAC xəbər verir ki, təşkilatçılar açılış mərasiminin möhtəşəm olacağını vəd etmişdilər. Açılış mərasimini braziliyalı məşhur rejissor Fernando Meirelyes və prodüser Daniela Tomas hazırlayıblar. Bu mərasim üçün 300 rəqqas, 5 min könüllü cəlb olunub. Mərasimdə istifadə olunması üçün 12 min kostyum hazırlanıb. Olimpiya Oyunlarının açılış mərasiminə televiziya, internet və s. vasitəsilə ümumilikdə üç milyard insanın baxacağı bildirilir. Açılış mərasimindən bir qədər əvvəl Olimpiya məşəlini Pelenin alovlandırmayacağı açıqlanıb.

Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə qatılıb. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunur. Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq. İdmançıların paradında Azərbaycan bayrağını dünya çempionu, boksçu Teymur Məmmədov aparacaq. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunur.

Bundan əlavə, Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunacaq. Paralimpiyaçılarımız “Rio-2016”ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıb.

“Rio-2016” bir sıra özünəməxsus cəhətləri ilə əvvəlki olimpiadalardan seçilir. Belə ki, Cənubi Amerikada ilk dəfədir Olimpiya Oyunları keçirilir. Rio-de-Janeyronun dörd rayonunda - Deodoro, Barra, Kopakabana və Marakanada 17 gün davam edəcək Olimpiadada 306 yarış keçiriləcək və ümumilikdə 2102 medal sahiblərinə təqdim olunacaq. XXXI Olimpiadada rekord saytda 206 ölkədən 11 mindən çox idmançı mübarizə aparacaq. İştirakçı 206 ölkədən başqa, Olimpiya qaçqın idmançılar komandası da mübarizəyə qoşulacaq. Olimpiya bayrağı altında mübarizə aparacaq bu komandanın tərkibində 10 idmançı var. Onlardan 5-i Cənubi Sudandan, 2-si Suriyadan, 2-si Demokratik Konqo Respublikasında, biri isə Efiopiyadandır. Olimpiadaya ən çox idmançı ilə qatılan ölkə ABŞ-dır. Bu ölkə dördilliyin zirvə yarışına 554 idmançı ilə qoşulub. Okeaniya ölkəsi olan Tuvalu isə Olimpiadaya cəmi bir idmançı – 100 metr məsafəyə qaçış yarışında mübarizə aparacaq atlet Etimoni Timuani ilə qatılıb. Kosovo və Cənubi Sudan ilk dəfədir Olimpiadada çıxış edir.

XXXI Yay Olimpiya Oyunlarında atletlər idmanın 39 növü üzrə mübarizə aparacaqlar. Qolf 112, reqbi isə 92 illik fasilədən sonra yenidən Olimpiya Oyunlarının proqramına salınıb. Bütün yarışlar 37 arenada təşkil olunacaq. Braziliya hökuməti təhlükəsizlik məsələlərini ən yüksək səviyyədə təmin etmək üçün ciddi hazırlaşıb. Hökumət bu məqsədlə 55 ölkədən 85 min əməkdaş cəlb edib. Bu, London Olimpiadasındakından iki dəfə çoxdur.

XXXI Yay Olimpiya Oyunlarının möhtəşəm açılış mərasimi keçirilib [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Dendrologiya İnstitutu Qazax Milli Universiteti ilə əməkdaşlıq edəcək

Çində Asiya naminə Boao Forumunun illik konfransı keçirilir VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB

Ağır vəziyyətdə müalicə ocağına çatdırılan xəstə həkimlərin qayğısı sayəsində sağalıb

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub

FHN: Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb VİDEO

Əmək bazarı bülleteni hazırlanıb

Energetika Nazirliyində kollegiya iclası keçirilib