İDMAN
XXX Ümumdünya Yay Universiadası:Hidayət Heydərov yarımfinala vəsiqə qazanıb
Bakı, 5 iyul, AZƏRTAC
İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasının ikinci günündə - iyulun 5-də Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulub.
AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov müxtəlif mərhələlərdə ardıcıllıqla Abdullah Hamad (Səudiyyə Ərəbistanı), Abdelrahman Mohamed (Misir), Luca Otmaneni (Fransa) məğlub edərək dörddəbir finala yüksəlib. Bu mərhələdə monteneqrolu Marko Qusiçi mübarizədən kənarlaşdıran idmançımız adını yarımfinala yazdırıb.
Digər təmsilçimiz Murad Fətiyev (81 kq) ilk görüşdə hollandiyalı Yim Heymana məğlub olub.
Yarışların birinci günündə millimizin üzvləri Aliumar Tumayev (90 kq) və Rüstəm Kotsoyev (+90 kq) uduzaraq mübarizəni dayandırıblar.