İDMAN


XXX Ümumdünya Yay Universiadasında Azərbaycanı beş taekvondoçu təmsil edəcək

Bakı, 5 iyul, AZƏRTAC

İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında iştirak edəcək taekvondoçularımız iyulun 5-də bu ölkəyə yola düşüblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin heyətində beş taekvondoçumuz yer alıb. İyulun 7-də start götürəcək taekvondo yarışlarında Qaşım Maqomedov (58 kq), Əli Məmmədov (63 kq), Ayxan Tağızadə (74 kq), Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaqlar.

İyulun 13-də yekun vurulacaq turnirdə komandamızın üzvləri baş məşqçi Reza Mehmandoustun rəhbərliyi ilə qüvvələrini sınayacaqlar.

Xatırladaq ki, Çinin Taypey şəhərində təşkil olunan XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan idmançıları 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında 24-cü yerdə qərarlaşmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.