İDMAN


XXX Universiadada və Avropa çempionatında uğurla çıxış edən Nazim Babayev Vətənə qayıdıb

Bakı, 16 iyul, AZƏRTAC

Neapolda keçirilən XXX Ümumdünya Yay Universiadasında qızıl, yeniyetmələr arasında keçirilən Avropa çempionatında isə gümüş medal qazanan atletimiz Nazim Babayev və məşqçisi Ziyad Xəlfəliyev iyulun 16-da Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda atletimizi Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov, baş məşqçi Bəhruz Salehli, icraçı direktor Kamal Əhmədov, hakimlər kollegiyasının sədri Şirin Vəliyev və digər şəxslər qarşılayıblar.

Xatırladaq ki, N.Babayev İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında üç təkanla tullanma yarışının finalında 16,89 metr nəticə ilə qızıl medal qazanıb. İyulun 14-də isə təmsilçimiz Avropa çempionatının üç təkanla tullanma yarışında 17,03 metrlik nəticə ilə gümüş medala sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.