ELM VƏ TƏHSİL


“XX əsrin əvvəllərində Azərbaycanın milli siyasəti” monoqrafiyası çap olunub

Bakı, 9 mart, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi, gürcü yəhudiləri icması sədrinin müavini Moisey Bekkerin rus dilində “XX əsrin əvvəllərində Azərbaycanın milli siyasəti” (yəhudi icmasının nümunəsində) monoqrafiyası çap olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin sənədləri, həmçinin dövri mətbuatın materialları əsasında yəhudi etnik qrupunun təmsilçilərinin Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, iqtisadi və sosial həyatında iştirakı məsələləri ətraflı şəkildə əks olunur.

Kitabın elmi redaktoru institutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafazadədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.