Azərbaycan Dövlət İnformasiya Agentliyi

X Qlobal Bakı Forumu çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib YENİLƏNİB VİDEO

Bakı, 12 mart, AZƏRTAC

X Qlobal Bakı Forumu çərçivəsində martın 12-də Heydər Əliyev Mərkəzində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Qlobal liderlərin Heydər Əliyev irsinə ehtiramı” mövzusunda panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə X Qlobal Bakı Forumunun yüksək səviyyəli iştirakçılarının, sabiq dövlət və hökumət başçılarının, yüksək səviyyəli digər qonaqların Ulu Öndər Heydər Əliyev ilə bağlı fikirlərini əks etdirən videoçarx nümayiş olunub.

İclasın moderatoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, onun xatirəsinin dərin ehtiramla yad olunduğunu vurğulayıb.

Albaniya Respublikasının Prezidenti Bayram Beqay iclasda çıxış edərək bildirib ki, liderlər cəmiyyət, ölkə və ya region üçün önəmli ola bilər. Lakin Heydər Əliyev dünya miqyaslı lider idi.

Ölkələrimizin oxşar tarixə malik olduqlarını vurğulayan Prezident Bayram Beqay Azərbaycanın və Albaniyanın sovet dövründə totalitar rejimdən əziyyət çəkdiklərini qeyd edib. Etnik münaqişələr və iqtisadi çətinliklərlə üzləşən ölkələrimizin bu çətinliklərin öhdəsindən uğurla gələrək bu gün sürətlə inkişaf etdiklərini deyən Albaniya Prezidenti bildirib: “Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, əsasını qoyduğu strategiya nəticəsində Azərbaycan bütün çətinliklərin öhdəsindən bacarıqla gəlib, xoşbəxt gələcəyin əsası qoyulub.

Albaniyanın Azərbaycan ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayan ali qonaq qeyd edib: “Biz Xəzər regionunda sülhün və sabitliyin davamlı olmasını istəyirik. Həmçinin biz Azərbaycan ilə əməkdaşlığı daha da möhkəmləndirmək niyyətindəyik. Ölkələrimiz Cənub Qaz Dəhlizi kimi mühüm layihələrlə regional və qlobal sülhə töhfə verirlər. Həm Azərbaycan, həm də Albaniya dini dözümlülüyü ilə tanınır. Ölkələrimiz dini və mədəni müxtəlifliyi fəal şəkildə təşviq edir”.

Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko diqqətə çatdırıb ki, SSRİ dağılandan sonra keçmiş müttəfiq respublikaların gələcəyi tamamilə fərqli oldu: “Müstəqilliyin ilk illərində ölkələri idarə etmək böyük məsuliyyət tələb edir. Heydər Əliyevdən ölkəni idarə etməkdə ən çətin nə olduğu soruşulanda o, suveren dövlətin əsasını qoymaq olduğunu deyib və buna da nail olub. Azərbaycan xalqı ucun belə bir liderə sahib olmaq böyük xoşbəxtlikdir. Heydər Əliyev çox mədəni, ədalətli insan idi. Naxçıvana səfər edəndə gördüm ki, Heydər Əliyev ölkəsi üçün yorulmadan çalışır”.

Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov çıxışında 1999-cu ildə Prezident kimi ilk dəfə Azərbaycana səfər etdiyini xatırladıb. Bildirib ki, bu, ölkələrimizin müstəqilliyinin bərpasından sonra Bolqarıstan Prezidentinin Azərbaycana ilk rəsmi səfəri idi. O, Prezident Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası ərəfəsində ölkəmizin üzləşdiyi çətinliklərlə mübarizədə rolundan, yürütdüyü uzaqgörən siyasət nəticəsində qazanılan uğurlardan danışıb.

Ulu Öndərin ölkənin inkişafının beynəlxalq iqtisadi əməkdaşlıqla sıx bağlı olduğunu vurğuladığını qeyd edən Petar Stoyanov diqqətə çatdırıb ki, Heydər Əliyev təkcə Azərbaycanın üzləşdiyi çətinliklərin həllində deyil, ölkəsinin qarşıdakı bir neçə onillik ərzində iqtisadi baxımdan güclənməsi üçün də misilsiz xidmətlər göstərib: “Heydər Əliyevin Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin möhkəmləndirilməsində rolu əvəzedilməzdir. Məhz Heydər Əliyevin siyasi müdriklik, güclü liderlik və xalqa sadiqlik xüsusiyyətlərinə görə Azərbaycan xalqı onu Ümummilli Lider adlandırıb”.

Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo qeyd edib ki, Heydər Əliyev hər zaman Azərbaycan xalqı tərəfindən xatırlanır və sevilir: “Heydər Əliyev Çin xalqının yaxşı dostu olub. 1994-cü ildə ölkəmizə səfəri zamanı Çin liderləri ilə mühüm görüşlər keçirdi. Onun liderliyi dövründə Azərbaycan-Çin münasibətləri sürətlə inkişaf etdi, bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Hazırda Çin Azərbaycan ilə əlaqələrin daha da inkişafında maraqlıdır”.

İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmələddin İhsanoğlu tədbirin yüksək səviyyədə təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığını bildirib, Ulu Öndər Heydər Əliyev ilə görüşlərindən danışıb, dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüb: “Heydər Əliyev dahi şəxsiyyət və müdrik lider idi. O, müstəqil Azərbaycanın Prezidenti olduqdan sonra ölkənin qüdrətinin daha da artırılması istiqamətində yorulmadan və fədakarlıqla çalışıb. Heydər Əliyev ikitərəfli və çoxtərəfli əməkdaşlıq vasitəsilə Azərbaycanın iqtisadi rifahının möhkəmlənməsinə nail olub”.

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, ölkəmizin inkişafında əvəzsiz xidmətlərindən söz açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev neft-qaz sahəsində fəaliyyət göstərən aparıcı şirkətləri əməkdaşlıq üçün ölkəyə dəvət edərək, Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsinə nail oldu. Sabiq Prezident Rumıniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafında və möhkəmlənməsində Heydər Əliyevin töhfələrini xüsusi vurğulayıb.

Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa dahi şəxsiyyət Heydər Əliyevin siyasi müdrikliyindən, yüksək liderlik keyfiyyətlərindən danışıb. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın tərəqqisində, beynəlxalq əlaqələrinin genişlənməsində, o cümlədən ərəb dünyası ilə əməkdaşlığın inkişafında mühüm xidmətlərini qeyd edib. Bildirib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin çıxışında Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafı və güclənməsi yolunda tarixi xidmətlərindən, genişmiqyaslı fəaliyyətindən söz açıb. Ümummilli Lider ilə görüşlərindən söz açan Hikmət Çətin dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşərək qeyd edib: “Heydər Əliyev uzaqgörən, müdrik dövlət başçısı idi və ölkəsi ilə bağlı arzuları var idi. O, Azərbaycanın dünya birliyində önəmli yer tutmasını, regionda sülhün bərqərar olmasını arzulayırdı”.

Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze isə Heydər Əliyevin SSRİ zamanında və müstəqillik dövründə Gürcüstan ilə münasibətlərin inkişafına mühüm töhfə verdiyini deyib: “Heydər Əliyev Gürcüstanın regional layihələrdə iştirak etməsinə və bu layihələr vasitəsilə əhalinin rifahının yaxşılaşdırılmasına töhfə verib”.

Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa bildirib: “Heydər Əliyev sovet dövründə doğulsa da, bu rejimin qüsurları olduğunu bilirdi. Onunla görüşəndə mənə danışmışdı ki, İkinci Dünya müharibəsində Qələbə Bakı neftinin sayəsində qazanılıb. Təəssüf ki, sovet dövründə Bakının inkişafına lazımi diqqət göstərilmədi. Bu ölkə bütün sovet imperiyasının döyünən ürəyi olmuşdu. Heydər Əliyev bildirdi ki, Bakının sovet rejimi dövründə töhfələri lazımi səviyyədə dəyərləndirilməyib”.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanı müstəqilliyin əvvəllərində parçalanmaq təhlükəsi yaşayan ölkədən tərəqqi yolunda əmin addımlarla irəliləyən dövlətə çevirdiyini vurğulayan Vayra Vike-Freyberqa deyib: “Əgər o, olmasaydı, bu ölkədə nələrin baş verəcəyini təsəvvür edə bilmirəm. Çünki zəngin enerji yataqlarına sahib olan ölkələrin digər dövlətlərlə, qonşuları ilə əlaqələri çox vacibdir. Müasir Azərbaycan dövləti Heydər Əliyevin liderliyi ilə yaradılıb”.

BMT-nin Cenevrə Nümayəndəliyinin baş direktorunun şəxsi köməkçisi David Çixvaidze bu gün Azərbaycanın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf etdiyini vurğulayıb: “Mən 1990-cı illərdən bəri Azərbaycana gəlirəm. Bu illər ərzində ölkənin dinamik inkişafının şahidiyəm. Heydər Əliyevin müdrik siyasəti bu gün də uğurla davam etdirilir. Güclü, konstruktiv və balanslı siyasət yürüdən qonşulara sahib olmaq çox mühümdür”.

“Heydər Əliyev görkəmli şəxsiyyət, müdrik dövlət xadimi, yüksək liderlik keyfiyyətlərinə malik dahi insan idi”, - deyən ICESCO-nun sabiq Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Ümummilli Liderin Azərbaycanın ICESCO-ya üzv olması istiqamətində fəaliyyətini xüsusi vurğulayıb: “Azərbaycan ilə ICESCO arasında sıx əməkdaşlıq əlaqələrinin yaranmasında Heydər Əliyevin böyük töhfələri olub. Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ICESCO ilə əməkdaşlığı daha da möhkəmlənib. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan bu gün inamla inkişaf edir”.

Çıxışlardan sonra müzakirələr aparılıb.

X Qlobal Bakı Forumu çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Berlində “Rave The Planet” texnoparadında on minlərlə insan iştirak edib

“Lala” qasırğası Havay adalarının Böyük adasına yaxınlaşır

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza

Serbiyada Dunay çayında son 100-150 ilin ən aşağı su səviyyəsi qeydə alınıb

Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var – YENİLƏNİB

Səudiyyə Ərəbistanında Kanada mənşəli şahin 346 min dollara satılıb

Moskva-Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb

Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

Fransada meşə yanğınları fonunda Makron məzuniyyətə çıxdığı üçün müxalifətin tənqidinə məruz qalıb

Mərakeşdə İspaniyanın Seuta anklavına keçməyə çalışan 111 miqrant saxlanılıb

Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

İsveç Avropada “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər

Fransada irqçilik və ayrı-seçkilik: Tolerantlıq yüksək olaraq qalır, irqçi əməllər isə artır

İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var – YENİLƏNİB

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb

Türkiyədə 800-dən çox şəxsi aldadaraq 116 milyon lirə mənimsəyən qruplaşma ifşa edilib

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

“EasyJet”in Fransadakı ekipaj üzvləri tətilə başlayıblar

Cəlilabadda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Amerikalı basketbolçu "Neftçi"də

Fransanın Land departamentində 1300 hektar meşə sahəsini yanğın bürüyüb

İmişlidə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək

Bu saata olan əsas xəbərlər

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Metronun “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin daşınması üçün 6 ekspres və 20 müntəzəm avtobus marşrutu müəyyənləşdirilib

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Bu gün Ümumdünya Sahibsiz Heyvanlar Günüdür

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Premyer Liqa: Son çempion "Sabah" ilk oyununa çıxır

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Media: NATO-nun müdafiə planındakı uğursuzluq Ukraynaya çətinlik yaradır

Pekindən Mançesterə uçan təyyarə Krasnoyarskda təcili eniş edib

Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər həlak olub

Rusiya-Şimali Koreya sərhədində körpü tikintisi başa çatır

Tramp: İranı məhv etmək istəmirik, amma hər şeyə qadirik

Braziliyadakı sarı qızdırma epidemiyasının səbəbi tapılıb

Texasdakı qəzadan sonra ABŞ-də “Apache” helikopterlərinin uçuşları dayandırılıb

İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Qərbi Afrikada iqlim fəlakəti: 32 milyon insan evini tərk edə bilər

ABŞ Bolqarıstana “F-16 “qırıcılarının çatdırılmasını 2030-cu ilə qədər təxirə salır

Qazaxıstandakı beynəlxalq toplantıda Azərbaycanın gənc yol müfəttişləri ölkəmizi təmsil edirlər

Tramp Kamala Harrisin sərhəd siyasətini tənqid edib

Türkiyə Superliqası: "Qalatasaray" mövsümə xal itkisi ilə başlayıb

Kanada İranın 5 yüksəkvəzifəli şəxsini sanksiya siyahısına saldı

Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb YENİLƏNİB

“Kapellhaus Garden Hall”: Ulduzlu səma altında klassik musiqi səslənib

"Bloomberg": ABŞ Kubaya qarşı iqtisadi təzyiqləri gücləndirir

Güclü leysan Tbilisi və ətraf bölgələrdə ciddi fəsadlar törədib

Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində

Rəcəb Tayyib Ərdoğan: AK Parti – Türkiyənin uğurlarının əsas hərəkətverici qüvvəsidir

Almaniyanın altı əyalətində meşə yanğınları baş verib

Böyükşor gölündə yaşıl rəngli kütlə müəyyən edilib – laborator analizlər aparılır

FHN: Qubadakı zəlzələ nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb

Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb

“Neftçi” fransalı futbolçu ilə yollarını ayırıb

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib