REGİONLAR


X sinif şagirdi: Tur-aksiya çərçivəsində payız tətilini səmərəli keçiririk

Qəbələ, 17 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Qədim və heyrətamiz gözəlliyə malik Qəbələ şəhəri məndə zəngin təəssürat oyatdı. Bu rayonda ən müasir turizm obyektlərinin, qədim tarixi abidələrin, mənzərəli yerlərin şahidi olduğum üçün çox sevinirəm.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyanın iştirakçısı, Ağdaşın Orta Ləki kənd orta məktəbinin X sinif şagirdi Kamil Məcnunov deyib.

Ağdaşlı məktəbli sürətlə inkişaf edən Azərbaycanın qazandığı uğurların onu sevindirdiyini bildirib. “Biz Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan tur-aksiya çərçivəsində səfər etdiyimiz rayonlarda bu inkişafın bir daha şahidi olduq. Bizə gündən-günə çiçəklənən ölkəmizin hər guşəsini tanımağımız üçün lazımi şərait yaradılır. Qəbələyə səfər etmək mənim çoxdankı arzum idi. Biz tur-aksiya çərçivəsində həm maariflənir, həm də payız tətilini səmərəli keçiririk”, - deyə Kamil Məcnunov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.