Xabarovsk vilayətindəki Azərbaycan diasporunun nümayəndələri uşaq evində olublar
AzerTAg.az
Xabarovsk, 16 mart, AZƏRTAC
Novruz bayramı ərəfəsində Rusiya Federasiyası Xabarovsk vilayətindəki Azərbaycan diasporunun “Azərbaycanlılar Birliyi” ictimai birliyinin nümayəndələri 1 saylı uşaq evində tədbir keçiriblər.
AZƏRTAC xəbər verir ki, uşaq evində tərbiyə alan azyaşlılar ənənəvi Azərbaycan şirniyyatını dadıb, milli dekorativ-tətbiqi incəsənət nümunələri, musiqi alətləri ilə tanış olublar.
Tədbirdə çıxış edən “Azərbaycanlılar Birliyi” ictimai birliyinin sədri Məmməd İsgəndərov Novruz bayramı, onunla bağlı adət və ənənələrdən danışıb.
Daha sonra konsert proqramı təşkil olunub, “Azərbaycanlılar Birliyi” ictimai birliyinin gənc üzvləri ali kateqoriyalı müəllim Əli Məmmədovun rəhbərliyi ilə milli rəqsləri təqdim edib, ustad dərsləri keçirilib.
Tədbirin sonunda uşaqlar üçün viktorina təşkil edilib, onlar biliklərini yoxlayıb mükafat qazanıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Xabarovsk



Xəbərin mətnində orfoqrafik səhv var