MƏDƏNİYYƏT


Xabarovskda diaspor üzvlərinin iştirakı ilə Novruz bayramı qeyd olunub

Xabarovsk, 23 mart, AZƏRTAC

Xabarovskda Novruz bayramına həsr olunmuş festival keçirilib.

AZƏRTAC xəər verir ki, festivalda müxtəlif xalqların nümayəndələri, o cümlədən Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

“Azərbaycanlılar birliyi” və “Azərbaycan konqresi” ictimai təşkilatlarının təmsilçiləri tərəfindən yaradılan gözəl guşədə festivalın qonaqları Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə tanış olublar: burada canlı musiqi, milli alətlər, mədəni irs atributları, müxtəlif milli yemək və şirniyyatlar təqdim edilib.

Festivalın musiqili hissəsində diasporun gənc üzvləri ali kateqoriyalı müəllim Əlipaşa Məmmədovun rəhbərliyi ilə Azərbaycan milli rəqslərini, “Qarabağ” və “Yaşa Azərbaycan” mahnılarını ifa ediblər.

 
Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Xabarovsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.