DÜNYA


Xabarovskda qəzaya uğrayan təyyarənin təpəyə çırpıldığı ehtimal olunur

Moskva, 22 sentyabr, AZƏRTAC

Rusiyanın Xabarovsk vilayətində “AN-26” hərbi təyyarəsi Xabarovsk aeroportundan 38 kilometr məsafədə, “Xextsir” qoruğu yaxınlığında radarlardan itib.

AZƏRTAC xəbər verir ki, “Lyotnıye proverki i sistemı” QSC-yə məxsus təyyarədə 6 nəfər – pilotlar və texniki mütəxəssislər olub. Təyyarə rabitə vasitələrini testdən keçirmək üçün texniki uçuş həyata keçirib.

Təyyarənin pilotları sonuncu dəfə “Xextsir” qoruğuna 38 kilometr qalmış əlaqəyə çıxıblar. Uçuş boyu nasazlıq barədə məruzə edilməyib. Təyyarənin qoruq yaxınlığında təpəyə çırpıldığı ehtimal olunur.

Hadisə yerinə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin “Mi-8” helikopteri və Amur Xilasetmə Mərkəzinin xilasediciləri yollanıb.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.