DÜNYA


Xabarovskda radarlardan itən təyyarənin qalıqları tapılıb

Moskva, 23 sentyabr, AZƏRTAC

Rusiyanın Xabarovsk vilayətində sentyabrın 22-də radarlardan itmiş “AN-26” hərbi təyyarəsinin qalıqları tapılıb.

AZƏRTAC xəbər verir ki, təyyarənin Korfovski qəsəbəsi yaxınlığında “Bolşexextsir” qoruğuna düşdüyü bildirilir. Rusiya Fövqəladə Hallar Nazirliyinin “Mi-8” helikopteri kəskin hava şəraiti səbəbindən hadisə yerinə enə bilməyib. Xilasedicilər qəza zonasına quru yolla hərəkət edirlər.

“Lyotnıye proverki i sistemı” QSC-yə məxsus “AN-26” təyyarəsində 6 nəfər – pilotlar və texniki mütəxəssislər olub. Təyyarə rabitə vasitələrini testdən keçirmək üçün texniki uçuş həyata keçirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.