İDMAN
Xabi Alonso bu yay karyerasını bitirir
Bakı, 18 yanvar, AZƏRTAC
Münxenin “Bavariya” futbol klubunun ispaniyalı yarımmüdafiəçisi Xabi Alonso karyerasını bitirəcəyini açıqlayıb.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, 35 yaşlı futbolçunun Almaniya çempionu ilə müqaviləsinin müddəti məhz mövsümün sonunda başa çatacaq. Alonso həmin vaxtdan sonra yeni klub axtarışına çıxmayacağını və karyerasını bitirmək qərarını qətiləşdirdiyini deyib.
İspaniya yığmasının keçmiş üzvünün məşqçiliklə məşğul olub-olmaması hələ müəyyənləşməyib.
Qeyd edək ki, əvvəllər “Liverpul” və “Real Madrid” komandalarında çıxış etmış ispaniyalı futbolçu 2014-cü ildən “Bavariya”nın uğurları üçün çalışır. Onun cari mövsümdə 18 oyuna 3 qolu var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [20:12]
"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]