REGİONLAR


Xaçınçayın daşması nəticəsində Tərtərin Hüsənli kəndində əkin sahəsinə ziyan dəyib

Tərtər, 26 may, AZƏRTAC

Bir neçə gün aramsız yağan yağışlar nəticəsində Xaçınçaydan gələn sel suları Tərtər rayonunun Hüsənli kəndində əkin sahələrinə ziyan vurub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sel suları 35 hektar pambıq, 25 hektar yonca, 40 hektar arpa və buğda olmaqla, ümumilikdə, 100 hektar əkin sahəsini basıb. Rayon icra hakimiyyətinin rəhbərliyi fövqəladə hallar komissiyasının üzvləri ilə birlikdə ərazidə olub, xüsusi texnikalar vasitəsilə müxtəlif istiqamətlərdə kanallar açılaraq sel sularının yenidən Xaçınçaya axıdılması təmin edilib. Hazırda sel suları əkin sahələrindən kənarlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.