CƏMİYYƏT


Xaçmaz-Quba yolunda baş verən ağır yol-nəqliyyat hadisəndə ölən və yaralananlar var

Bakı, 16 avqust, AZƏRTAC

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib. Xaçmaz-Quba yolunun 6-cı kilometrliyində, rayonun Yergüc kəndi ərazisində "VAZ-2106" markalı avtomobillə əks istiqamətdə hərəkət edən "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yaralılar - Quba rayon Birinci Nügədi kənd sakini, 1979-cu il təvəllüdlü Xəzər Ağamirzə oğlu Ələkbərov, Quba rayon Ağbil kənd sakinləri - 1993-cü il təvəllüdlü Arif Əmrəli oğlu Eyyubov, 1982-ci il təvəllüdlü Fərhad İmran oğlu Eyyubov, 1992-ci il təvəllüdlü Orxan Məhəmməd oğlu Pirimov və 1993-cü il təvəllüdlü Sadıq Sarvan oğlu İskəndərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Hazırda onlardan yalnız Xəzər Ələkbərov (sağ diz oynağının əzilmiş və cırılmış yarası, hər iki sümüyünün sınığı, çənənin əzilmiş yarası) xəstəxanada müalicəsini davam etdirir.

Yaralılardan Elman Babayev aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.