REGİONLAR


Xaçmaz-Quba yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xaçmaz, 18 yanvar, Elxan Yusifli, AZƏRTAC

Fevralın 18-də axşam saatlarında Xaçmaz-Quba yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “KamAZ” markalı yük avtomobili “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan iki nəfər hadisə yerində həlak olub.

Deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.

Qəza zamanı Qubanın Nügədi kənd sakinləri 1973-cü il təvəllüdlü Elçin Əliyev, 1995-ci il təvəllüdlü Cavid Zülfüqarov və 1966-cı il təvəllüdlü İftixar Hacıyev xəsarət alıblar. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.