MƏDƏNİYYƏT


Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin növbəti şura iclası kino mövsümünə həsr edilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Şabran şəhərində yerləşən Xaqani poeziya evində Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin növbəti şura iclası keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə idarənin rəisi Nazim Ağayev çıxış edərək kino mövsümü ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, respublikanın bütün regionlarında olduğu kimi Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinə aid olan Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında da həftədə üç gün olmaqla Azərbaycanda istehsal olunmuş bədii, sənədli və cizgi filmlərinin ödənişsiz nümayişi həyata keçiriləcək.

Həmçinin şura iclasında Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində pullu xidmətlərin yaradılması və icra vəziyyətini müzakirə edib. Sonra Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Qusar rayon Tarix Diyarşünaslıq Muzeyinin 2017-ci ilin birinci yarım ilində gördüyü işlər barədə müəssisə rəhbərlərinin hesabatı dinlənlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.