REGİONLAR
Xaçmaz, Siyəzən və Xızı rayonlarından 2432 şagird buraxılış imtahanlarında biliyini sınayıb








Xaçmaz, 5 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 5-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan buraxılış imtahanlarında Xaçmaz, Siyəzən və Xızı rayonlarından 2432 nəfər iştirak edib.
DİM-in Xaçmaz regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Xaçmaz şəhərində 7, Siyəzəndə 3 və Xızıda 1 mərkəzdə keçirilən imtahanlara 237 nəzarətçi müəllim, o cümlədən 33 imtahan rəhbəri cəlb olunub.
Tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün təşkil olunan buraxılış imtahanları saat 11:00-da başlayıb və 3 saat davam edib.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı, Sumqayıt, Gəncə (I zona), Şirvan, Lənkəran, Yevlax, Şəki, Naftalan şəhərlərində, Goranboy, Göygöl, Şəmkir, Gədəbəy, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Ucar, Masallı, Astara, Bərdə, Tərtər, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Xızı rayonlarında və Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə da imtahanlar təşkil edilib.