REGİONLAR


Xaçmaz, Siyəzən və Xızıdan olan 2335 məzun buraxılış (qəbul) imtahanlarında biliklərini sınayıb VİDEO

Xaçmaz, 24 iyun, Elxan Yusifli, AZƏRTAC 

İyunun 24-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlarda Xaçmaz, Siyəzən və Xızı rayonlarından, ümumilikdə, 2335 nəfər iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb.

XI sinif üzrə buraxılış imtahanları və Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları saat 11:00-da başlanıb və 3 saat davam edib.

DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 11 mərkəzdə keçirilən imtahanlara 275 nəzarətçi müəllim, o cümlədən 31 imtahan rəhbəri cəlb olunub. İmtahanların keçirilməsi üçün Xaçmazda 8, Siyəzəndə 2, Xızıda isə 1 mərkəz ayrılıb.

İştirakçılar bütün imtahan boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.