İQTİSADİYYAT
“Xaçmaz” elektrik stansiyasında bir ayda 22,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib
Bakı, 26 avqust (AZƏRTAC). “Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu ilin iyul ayında “Xaçmaz” elektrik stansiyasında 22,7 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən 7 ayda isə istehsal 159,6 milyon kilovat-saatdan çox olub. Bu dövrdə digər texniki göstəricilər üzrə də müsbət nəticələr qazanılıb.
Son üç ayda stansiyada mühərrik-generatorlarda texniki qulluq işləri həyata keçirilib, yüksək gərginlikli avadanlıqda təlimata uyğun sınaq işləri aparılıb və digər işlər görülüb.
Ümumi gücü 87 meqavat olan bu elektrik stansiyası 10 aqreqatdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:34]
Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək
- 25.04.2024 [15:54]
® “Birbank Biznes”lə vaxt sənə işləsin
- 25.04.2024 [15:00]
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
- 25.04.2024 [13:34]
Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb
- 25.04.2024 [13:16]