REGİONLAR


Xaçmaz məktəbliləri yol hərəkətinin təhlükəsizliyi ilə bağlı məlumatlandırılırlar

Xaçmaz, 6 fevral, Elxan Yusifli, AZƏRTAC 

2018-ci ildə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) alayının II taqımının xidməti ərazisində baş verən 5 yol-nəqliyyat hadisəsində 5 nəfər həlak olub, 2 nəfər xəsarət alıb. Hadisələrdən üçü piyadaların ölümü ilə nəticələnib. Bu ilin əvvəlində isə bir piyada avtoqəzanın qurbanı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) alayının II taqımının əməkdaşları Xaçmaz rayonunda təhlükəsizliyin təminatı ilə bağlı təşkil olunan görüşlərdə məlumat veriblər.

Hərəkətin intensiv olduğu yolların kənarında yerləşən yaşayış məntəqələrində keçirilən maarifləndirmə tədbirlərində yerli icra qurumlarının nümayəndələri, müəllim və şagird kollektivləri, sürücülər, ictimai fəallar, eləcə də könüllülər iştirak ediblər.

Bildirilib ki, ağır yol-nəqliyyat hadisələri əsasən piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi, sürət həddinin aşılması, sərnişin daşıyan avtobus, taksi sürücülərinin iş və istirahət vaxtlarına düzgün riayət etməmələri, mal-qaranın xüsusilə gecə vaxtı nəzarətsiz qalması, asfalt-beton örtüklü yollarda müəyyən olunmamış yerlərdən keçirilməsi səbəbindən baş verir.

Görüşlərdə vurğulanıb ki, təhlükəsizliyin təminatı üçün bu kimi maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsi vacibdir. Yol-nəqliyyat hadisələrinin daha az baş verməsi üçün vətəndaşlar, xüsusən də yolların yaxınlığındakı yaşayış məntəqələrində yaşayan sakinlər yol hərəkəti qaydaları haqqında məlumatlı olmalıdırlar.

Tədbir zamanı Dövlət Yol Polisinin əməkdaşları vətəndaşları maraqlandıran sualları cavablandırıblar. Maarifləndirici görüşlər regionun digər yaşayış məntəqələrində də təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.