CƏMİYYƏT


Xaçmaz rayon ərazisində oğurluq etmiş şəxs saxlanılıb

Bakı, 18 avqust, AZƏRTAC 

Xaçmaz rayon ərazisində oğurluq etmiş şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, avqustun 13-də Xaçmaz rayonunun Qımılqışlaq kənd sakini Zaur Mustafayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək üç gün əvvəl avtovağzal ərazisində icarə əsasında işlətdiyi köşkdən 2500 manat və 1700 rubl məbləğində pulun oğurlandığını bildirib.

Oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Şirin Həsənli Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı pullardan 1400 manat və 1700 rubl maddi sübut kimi ondan götürülərək zərərçəkmişə qaytarılıb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.