CƏMİYYƏT


Xaçmaz rayon sakinindən süngü bıçaq, heroin, metamfetamin aşkar edilərək götürülüb

Bakı, 12 iyul, AZƏRTAC

Xaçmaz rayon sakini E.Ramazanovun idarə etdiyi avtomobildə narkotik vasitələr aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini, əvvəllər məhkum olan E.Ramazanovun idarə etdiyi “VAZ-21140” markalı avtomobilə baxış zamanı oradan 1 ədəd süngü bıçaq, sərnişini - həmyerlisi, əvvəllər məhkum olunmuş O.Səfəridən isə 132 qrama yaxın heroin və 4 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.