ELM VƏ TƏHSİL


Xaçmaz rayonu üzrə 8 məzun ötən il qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb

Bakı, 10 iyul, AZƏRTAC

2020-ci ildə Xaçmaz rayonunun ümumtəhsil müəssisələrini 1504 şagird bitirib və onların 1490 nəfəri buraxılış imtahanında iştirak edib.

AZƏRTAC Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, rayonun məzunlarının buraxılış imtahanında topladıqları orta bal respublika üzrə orta göstəricidən tədris dili fənni üzrə 43.12-yə, riyaziyyat fənni üzrə 22.29-a, xarici dil fənni üzrə 27.34-ə, hər üç fənn üzrə 92.82-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən müvafiq olaraq 13.23 faiz, 24.29 faiz, 25.70 faiz, 19.84 faiz aşağıdır.

Ümumilikdə 1492 nəfər attestat alıb. Attestat alanların 58.24 faizi (869 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 43.83 faizi (654 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib.

Qəbul imtahanlarının nəticələrinə əsasən, rayonun 409 məzunu (imtahanlarda iştirak edənlərin 40.94 faizi) tələbə adını qazanıb. Onların 52.57 faizi (215 nəfəri) dövlət, 2.20 faizi (9 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 34.23 faizi (140 nəfəri) dövlət, 11.00 faizi (45 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.

Rayonun məzunlarının 53 nəfəri 500-dən, o cümlədən 8 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin çoxu Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universitetinə qəbul olub.

Qəbul imtahanlarında 55 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Arzu qəsəbə, Gödəkli kənd və Hülovlü kənd tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.