CƏMİYYƏT


Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub

Bakı, 30 iyul, AZƏRTAC

Xaçmaz rayonunun Çarxı kəndi ərazisində rayon sakini Ə.Zeynalovun idarə etdiyi “VAZ-2101” və Şabran rayon sakini H.Balabəyovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nəticədə Ə.Zeynalovun sərnişini Hidayət Piriverdiyev hadisə yerində həlak olub.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.