CƏMİYYƏT
Xaçmaz rayonunda evlərdən silsilə oğurluq edən şəxslər yaxalanıblar
Bakı, 15 noyabr, AZƏRTAC
Xaçmaz rayonunda evlərdən silsilə oğurluq edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oğurluq etdiyinə görə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuş V.Mirzəbabayevin barəsində aparılan əməliyyat tədbirləri ilə onun Qusarçay kəndindəki bir evdən 800 manat dəyərində televizor, həmçinin İ.Kərimovla birgə 1 evdən 900 manat dəyərində 5 kisə fındıq, 1 həyətdən 200 kiloqram fındıq, 1 həyətdən isə 2640 manat dəyərində 22 kisə fındıq oğurlamaları da müəyyənləşdirilib.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]