REGİONLAR


Xaçmaz rayonunda mal-qara qarayara xəstəliyinə qarşı peyvənd olunur VİDEO

Xaçmaz, 14 yanvar, Elxan Yusifli, AZƏRTAC 

Xaçmaz rayonunda 1500 baş iribuynuzlu heyvandan qan nümunəsi götürülüb, 20 min baş iribuynuzlu və 500 baş təkdırnaqlı qarayaraya qarşı peyvənd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın əvvəllərindən başlayaraq rayondakı şəxsi və fermer təsərrüfatlarında bruselyoza qarşı seroloji müayinələr və qarayara xəstəliyinə qarşı peyvəndləmə işləri aparılır.

Heyvanlardan alınan qan nümunələri baytarlıq laboratoriyalarında yoxlanıldıqdan sonra nəticələri barədə 2-3 gün ərzində fermerə məlumat verilir. Əgər virus aşkarlanarsa, xəstə heyvan müvafiq qaydada təsərrüfatdan kənarlaşdırılır.

Xaçmaz Rayon Baytarlıq İdarəsinin rəisi Şirzad Mahmudov bildirib ki, təsərrüfatlarda aparılmış müayinələr zamanı hələlik bruselyoz virusu aşkar edilməyib.

Yaxın iki ayda 14 min başa yaxın iribuynuzlu heyvandan qan nümunəsinin götürülməsi nəzərdə tutulub. Bununla yanaşı, rayonda saxlanılan 52 min başa yaxın heyvan qarayara xəstəliyinə qarşı peyvənd ediləcək. Eyni zamanda, xəstəliklərə qarşı profilaktiki tədbirlərin aparılması məqsədilə fermerlər arasında maarifləndirmə işi aparılır, onlara müvafiq dərmanlar paylanılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.