CƏMİYYƏT


Xaçmaz rayonunda qovaq ağaclarının kəsilməsi nəticəsində təbiətə 49 min 640 manat məbləğində ziyan dəyib

Bakı, 8 aprel, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xaçmaz rayonunun Ləcət kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı fakt təsdiqini tapıb. Belə ki, Xaçmaz rayon sakini Bəxtiyar Novruzbəyovun özünə məxsus pay torpağında qovaq ağaclarını müvafiq icazə sənədi olmadan kəsməsi nəticəsində təbiətə 49 min 640 manat məbləğində ziyan dəydiyi müəyyənləşib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün toplanmış sənədlər Xaçmaz Rayon Prokurorluğuna göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.