CƏMİYYƏT
Xaçmaz rayonunda soyğunçuluq edən şəxs tutulub
Bakı, 11 fevral, AZƏRTAC
Xaçmaz rayonunda soyğunçuluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirib ki, Xaçmaz Rayon Polis Şöbəsinə fevralın 10-da saat 3 radələrində şəhər ərazisindəki yanacaqdoldurma məntəqələrinə gəlmiş bir nəfərin orada operator işləyən Cığatay kənd sakini E.Quliyevi bıçaqla hədələyib 1450 manat məbləğində pul aparması barədə məlumat daxil olub.
Quldurluğu törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş S.Qabulov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Faktla bağlı rayon polis şöbəsində araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]