CƏMİYYƏT


Xaçmaz rayonunda tanışını bıçaqlayaraq öldürməyə cəhd edən şəxs istintaqa cəlb olunub

Bakı, 28 sentyabr, AZƏRTAC

Xaçmaz rayon sakini Teymur Mustafayevin sentyabrın 25-də bıçaq xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Neman Rəhmətullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Mustafayevə bıçaqla beş zərbə vurub xəsarətlər yetirərək, onu qəsdən öldürməyə cəhd etdiyi müəyyən olunub.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Neman Rəhmətullayev sentyabrın 26-da könüllü təslim olduqdan sonra şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.