REGİONLAR
Xaçmaz sakini yarım kiloqram qurudulmuş marixuana ilə saxlanılıb
Xaçmaz, 11 yanvar, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, saxlanılan rayon sakini Cavanşir Qurbanovun üzərinə keçirilən baxış zamanı sellofan torbada ümumi çəkisi 500 qrama yaxın olan qurudulmuş marixuana aşkar edilib.
Dindirilmə zamanı C.Qurbanov narkotik maddənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirib.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]