REGİONLAR


Xaçmaz sakininin evində narkotik maddələr aşkarlanıb

Xaçmaz, 8 yanvar, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Müqtədir qəsəbə sakini Serqey Yudin saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun evinə baxış zamanı sellofan torbada 450 qram qurudulmuş marixuana, 11 bükümdə ümumi çəkisi 2 qrama yaxın heroin, 1 ədəd sellofan bükümdə 10 qram tiryək və 6 ədəd şpris aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitələrin istifadəçisi olduğunu, evindən aşkarlanan narkotik maddələri şəxsi istifadəsi üçün, həmçinin satış məqsədilə saxladığını bildirib.

Serqey Yudin əvvəllər də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.