REGİONLAR


Xaçmaz sakininin həyətində dibçəklərdə əkilmiş 42 ədəd çətənə kolu aşkarlanıb

Xaçmaz, 17 avqust, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz şəhər sakini Elçin Qasımova məxsus evin həyətində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanıb.

Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı orada dibçəklərdə əkilmiş, ümumi çəkisi 5 kiloqrama yaxın 42 ədəd çətənə kolunun olduğu müəyyənləşib.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı Elçin Qasımov çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.