ELM VƏ TƏHSİL


Xaçmaz şəhərində yeni təhsil proqramı üzrə hazırlıq kursu təşkil ediləcək

Bakı, 30 oktyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi noyabrın 3-də Xaçmaz şəhərində Akademik Zərifə Əliyeva adına 8 nömrəli tam orta məktəbdə (Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, 78) Azərbaycan dili, coğrafiya, tarix, riyaziyyat, ingilis dili, biologiya, rus dili və kimya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edəcək.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, yeni proqramlar barədə (kurikulumlar) məlumatlı olan, ixtisası müvafiq fənlərə uyğun gələn müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.