REGİONLAR


Xaçmaz və Şabran rayonlarında buraxılış imtahanları keçirilib

Xaçmaz, 27 iyun, Elxan Yusifli, AZƏRTAC

İyunun 27-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün təşkil olunan imtahanlarda Xaçmaz və Şabran rayonlarından ümumilikdə 4 min 847 məzun iştirak edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmazda 4, Şabranda isə 2 mərkəzdə keçirilən imtahanlara 254 nəzarətçi müəllim, o cümlədən 15 imtahan rəhbəri cəlb edilib.

DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki AZƏRTAC-a bildirib ki, imtahan mərkəzlərində şagirdlərin biliklərini sərbəst nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb. İmtahanlara ciddi nəzarət olunur. Proses zamanı hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb.

Xaçmaz və Şabran rayonlarından imtahanda iştirak edən şagirdlərin 3 min 814 nəfəri IX, 2 min 33 nəfəri isə XI sinif şagirdidir.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da başlanıb və uğurla başa çatıb. XI sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.