REGİONLAR
Xaçmaz və Şabran rayonlarının 3 minə yaxın şagirdi biliklərini sınayıb
Xaçmaz, 9 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 9-da Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsində Xaçmaz və Şabran rayonlarının 2 min 846 şagirdi iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmazda 2160, Şabranda isə 686 məzun imtahan verib. Buraxılış imtahanının ikinci mərhələsi şimal bölgəsində altı mərkəzdə (Xaçmazda 4, Şabranda 2 mərkəzdə) təşkil olunub. İmtahan saat 11:00-da başlayıb.
DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb. İki rayon üzrə 249 nəzarətçi müəllim və 11 imtahan rəhbəri prosesin gedişini izləyib. İmtahanlar zamanı hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]