CƏMİYYƏT


Xaçmazda 12 qovaq ağacının kəsilməsi nəticəsində təbiətə 7580 manat məbləğində ziyan dəyib

Bakı, 4 iyun, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, reyd zamanı Xaçmaz rayonunun Ağtala kəndi ərazisində diametri 24-70 santimetr olan yaşköküstə 12 qovaq ağacının kəsildiyi aşkar edilib və təbiətə 7580 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub və qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Xaçmaz Rayon Polis Şöbəsinə məktub göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.