REGİONLAR
Xaçmazda 15 kəndin sakinlərinin istifadə etdiyi körpü yerli sahibkarların dəstəyi ilə yenidən tikilib VİDEO
Quba, 10 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Dədəli kəndində Qusarçay çayı üzərində inşa olunan avtomobil körpüsü sakinlərin istifadəsinə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dədəli və Uzunoba kəndləri arasındakı tikilən körpünün eni 4, uzunluğu isə 9 metrdir. Körpünün 16 tona qədər yük götürmə qabiliyyəti var.
2009-cu ildə çaya gələn sel nəticəsində dağılan körpünün yenilənməsinə cari ilin aprel ayında başlanılıb və 3 ay ərzində başa çatdırılıb. Yeni körpüdən ümumilikdə ətraf 15 kənddə yaşayan 7 mindən çox sakin faydalanır.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının Uzunoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ələkbər Quliyev bildirib ki, körpü yerli sahibkarların dəstəyi ilə inşa edilib. Körpü tikilməmişdən əvvəl sakinlərin rayon mərkəzinə getmək üçün əlavə olaraq 20 kilometrə yaxın məsafə qət etməli olurdular. Yeni körpüdə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün şərait qurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]