REGİONLAR


Xaçmazda 24 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb

Xaşmaz, 16 iyun, Elxan Yusifli, AZƏRTAC 

İyunun 16-da Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qımılqışlaq kəndində 24 yaşlı kənd sakini Yaqub Bağırov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Mərhumun meyiti müayinə olunmaq üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.