REGİONLAR


Xaçmazda 3313 ədəd çətənə kolu məhv edilib

Xaçmaz, 17 avqust, Elxan Yusifli, AZƏRTAC

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Şərifoba və Uzunoba kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edib. Ümumi çəkisi 1510 kiloqram olan 3 313 ədəd çətənə kolu kökündən çıxarılaraq yandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.