REGİONLAR


Xaçmazda 35 metr hündürlüyündə Saatlar qülləsi inşa olunur VİDEO

Xaçmaz, 14 yanvar, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz şəhərindəki “Çənlibel” parkında 35 metr hündürlüyündə yeni Saatlar qülləsi inşa olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikintisi iki ay ərzində tamamlanacaq qüllədə uşaq əyləncə mərkəzi və müşahidə məntəqəsi fəaliyyət göstərəcək. Səkkiz mərtəbəli qüllə şəhərin girişində yerləşən “Çənlibel” parkına əlavə gözəllik verəcək.

İş icraçısı Ələddin Qasımov bildirib ki, qüllənin hər birinin sahəsi 100 kvadratmetr olan ilk 4 mərtəbəsi uşaqların ixtiyarında olacaq. Yuxarı mərtəbələr isə şəhəri müşahidə etmək üçün nəzərdə tutulub. Parkda dincələnlər burada quraşdırılan durbinlər vasitəsilə uzaq məsafədə yerləşən mənzərələri də seyr edə biləcəklər. Qüllənin başında isə hər tərəfdən görünən 4 saat quraşdırılıb.

“Çənlibel” parkı Xaçmaz şəhərin giriş hissəsində yerləşdiyindən buranı yerli sakinlərlə yanaşı, çoxsaylı turistlər də ziyarət edir. Altı hektara yaxın ərazisi olan parkda xalq qəhrəmanı Koroğlunun at üstündə heykəli ucaldılıb. Burada çoxsaylı əyləncə və iaşə obyekti də fəaliyyət göstərir.

Xaçmazı bu gün parklar və muzeylər şəhəri adlandırırlar. Ötən dövrdə rayonda ümumi sahəsi 20 hektara yaxın olan 7 park salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.