REGİONLAR


Xaçmazda 3649 hektar yeni fındıq bağları salınıb

Xaçmaz, 31 oktyabr, Elxan Yusifli, AZƏRTAC 

Prezident İlham Əliyevin ölkəyə daha çox valyuta gətirən məhsulların yetişdirilməsinə üstünlük verilməsi ilə bağlı göstərişlərinə əsasən, Xaçmazda son üç ildə 3 min 649 hektar yeni fındıq bağları salınıb. Bununla da rayondakı fındıq bağlarının ümumi sahəsi 8 min 300 hektara çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilin sonuna kimi daha 1367 hektar sahədə fındıq əkilməsi nəzərdə tutulub. 2018-ci ildə 500 hektara yaxın fındıq bağı salınıb və əkin prosesi davam etdirilir.

Xaçmaz respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biridir. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulur ki, bunun da 5 min 16 hektarı Xaçmaz rayonunun payına düşür.

Bununla bağlı rayonda xüsusi qərargah yaradılıb və ilk növbədə, yeni fındıq bağlarının əkilməsi nəzərdə tutulan ərazilər müəyyən edilib. Bu sahələrin 2 min 70 hektarı dövlət, 2 min 946 hektarı bələdiyyə mülkiyyətinə aiddir. Həmin torpaqların 736 hektarı suvarılan, 4280 hektarı suvarılmayan ərazilərdir.

Fındıq istehsalı şimal bölgəsinin rayonlarının iqtisadiyyatında mühüm rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.