REGİONLAR


Xaçmazda 40 mindən çox xırdabuynuzlu heyvan dabaq xəstəliyinə qarşı vaksinasiya edilib VİDEO

Xaçmaz, 14 mart, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini təmin etmək məqsədilə növbəti peyvəndləmə və müayinə işləri həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon baytarlıq idarəsinin mütəxəssisləri tərəfindən qısa müddətdə 40 mindən çox xırdabuynuzlu heyvan dabaq xəstəliyinə qarşı vaksinasiya edilib.

Vaksinasiya prosesini vaxtında başa çatdırmaq üçün idarənin bütün sahə baytarlıq məntəqəsinin baytar-həkimləri səfərbər olunub. Həm iri fermer, həm də fərdi təsərrüfatlarda vaksinasiya işləri görülür.

Ümumilikdə, Xaçmazın heyvandarlıq təsərrüfatlarında 70 min baş xırdabuynuzlu heyvanın peyvənd olunması nəzərdə tutulub.

Xaçmaz Rayon Baytarlıq İdarəsinin rəisi Şirzad Mahmudov bildirib ki, rayonda xüsusi təhlükəli xəstəliklərə görə epizootik vəziyyət sabitdir. Bu il ərzində rayonda heç bir təhlükəli infeksion xəstəlik aşkarlanmayıb.

Baytarlar mal-qara sahiblərinə heyvanlarının peyvəndləmə və müayinədən kənarda qalmaması üçün sahə baytarlıq məntəqələrinə və baytarlıq idarələrinə vaxtında müraciət etmələrini tövsiyə edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.