REGİONLAR


Xaçmazda 432 yerlik müasir məktəb binası qapılarını şagirdlərin üzünə açıb VİDEO

Xaçmaz, 16 sentyabr, Elxan Yusifli, AZƏRTAC 

Xaçmaz şəhərindəki Bəybala Rəsulov adına 5 nömrəli tam orta məktəbin kollektivi “Bilik günü”ndə əsl bayram sevinci yaşayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəb üçün tikilmiş ikimərtəbəli, 432 yerlik müasir bina yeni dərs ilinin ilk günündə qapılarını müəllim və şagirdlərin üzünə açıb.

Yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimə rayon rəhbərliyi, Milli Məclisin deputatı Eldəniz Səlimov, məktəb kollektivi və rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.

Mərasimdə bildirilib ki, dövlət vəsaiti hesabına inşa olunan yeni təhsil ocağında şagirdlərin keyfiyyətli təhsil almaları üçün hər cür şərait yaradılıb. Burada fizika və kimya laboratoriyaları, informatika kabineti, idman və akt zalı, kitabxana, tibb otağı fəaliyyət göstərəcək. Məktəbin ərazisində yaradılan futbol meydançası və müxtəlif idman qurğuları şagirdlərin fiziki inkişafının təmin olunmasına xidmət edəcək.

Müasir istilik sistemi ilə təchiz edilən yeni məktəb binasının həyətində qazanxana və su çənləri inşa olunub.

Diqqətə çatdırılıb ki, Xaçmazda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində nəzərəçarpacaq işlər görülüb. Bu gün rayonda 4 modul tipli məktəb binasının da açılışı olub.

Mərasimdə çıxış edən müəllimlər, valideynlər yeni məktəb binasının inşasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra tədbir iştirakçıları təhsil ocağında yaradılan şəraitlə tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.