REGİONLAR


Xaçmazda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Xaçmaz, 5 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl pedaqoqların mükafatlandırılması, təhsil işçilərinin əməkhaqlarının artırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər bu sahəyə olan qayğının parlaq nümunəsidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xaçmazda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən konfransda bildirilib.

Konfransdan əvvəl rayon rəsmiləri, təhsil işçiləri və ictimaiyyət nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Koronavirus pandemiyası səbəbindən onlayn formatda davam edən tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova ölkəmizdə təhsil sahəsinin inkişafından və müəllimlərə göstərilən yüksək dövlət qayğısından danışıb.

Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayev bildirib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, son illər rayonun təhsil işçilərindən 15 nəfəri “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 14 müəllim “Tərəqqi” medalı, 7 nəfər isə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

Tədbirdə çıxış edənlər təhsil işçilərini əlamətdar bayram münasibətilə təbrik edib, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.