REGİONLAR


Xaçmazda Biznes İnkubasiya Mərkəzi yaradılır

Bakı, 13 fevral, AZƏRTAC

Yaxın günlərdə Xaçmaz “KOB Evi”ndə fəaliyyət göstərən KOB İnkişaf Mərkəzində gənclər və qadınlar üçün biznes inkubasiya mərkəzi fəaliyyətə başlayacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, biznes inkubasiya mərkəzi Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyi tədbirlərinin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə yaradılır. Burada rezidentlərə biznes layihələrin hazırlanması, maliyyə resurslarına çıxış imkanları və maliyyənin idarə olunması, mentor və digər xidmətlər göstəriləcək.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən ötən ilin dekabrında inkubasiya iştirakçılarının seçilməsi məqsədilə müsabiqə elan edilib, istehsal və xidmət sahələri üzrə 35 rezident seçilib. Rezidentlər biznes inkubasiya mərkəzində güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz edilmiş işçi otaqlarla təmin olunacaq və onlara mərkəzin xidmətlərindən hər cür faydalanmaq imkanı yaradılcaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.