REGİONLAR


Xaçmazda II ixtisas qrupu üzrə imtahanlarda 507 nəfər iştirak edib

Xaçmaz, 7 iyul, Elxan Yusifli, AZƏRTAC

İyulun 7-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xaçmazda təşkil olunan imtahanlarda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarından 507 nəfər iştirak edib.

DİM-in Xaçmaz regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Xaçmaz şəhərində 3 mərkəzdə keçirilən imtahanlara 64 nəzarətçi müəllim cəlb olunub.

Məzunlar II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında biliklərini sınayıblar.

İmtahanlar saat 10:00-da başlayıb və 3 saat davam edib.

Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb.

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xaçmazla yanaşı, Bakı, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Naxçıvan Muxtar Respublikasında imtahanlar təşkil olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.