Xaçmazda “Ölkəyə gələn əcnəbilərin leqallaşdırılması prosedurları” mövzusunda maarifləndirmə tədbiri keçirilib
AzerTAg.az
Bakı, 16 may, AZƏRTAC
Xaçmazda “Ölkəyə gələn əcnəbilərin leqallaşdırılması prosedurları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, maarifləndirmə tədbirində Xaçmaz regional miqrasiya idarəsinin xidməti ərazisində yerləşən iri turizm obyektlərinin, hotellərin və turizm informasiya mərkəzlərinin nümayəndələri iştirak ediblər. Xaçmaz regional miqrasiya idarəsinin rəis müavini Nəbi Əsgərov DMX-nin fəaliyyət istiqamətləri, miqrasiya proseslərinin idarə olunması, fasiləsiz fəaliyyət göstərən 919 - Çağrı Mərkəzi, MİGAZ mobil tətbiqinin üstünlükləri, Xidmət tərəfindən göstərilən elektron xidmətlər, müvəqqəti olma, yaşama, iş icazələri, həmçinin əcnəbi turistlərin turizm obyektləri üzrə qeydiyyatı və bununla bağlı inzibati məsuliyyət barədə iştirakçılara məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbərin mətnində orfoqrafik səhv var