REGİONLAR


Xaçmazda “Şəhidlər bulağı” istifadəyə verilib VİDEO

Xaçmaz, 15 fevral, Elxan Yusifli, AZƏRTAC

Xaçmazın Mirzəmmədkənd kəndində “Şəhidlər bulağı” istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kompleksdə Birinci Qarabağ müharibəsi şəhidi Osman Nurəddinov və Vətən müharibəsində Ağdərə istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə ucalan Sərxan Mirzəmmədovun xatirəsi əbədiləşdirilib. Kənd icmasının təşəbbüsü ilə inşa olunan bulaq kompleksinə şəhidlərin xatirə lövhələri vurulub.

Xüsusi memarlıq formasında inşa edilən abidənin ətrafı abadlaşdırılıb, burada Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır.

Şəhid atası Osman Mirzəmmədov bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə, ümumilikdə, müharibə iştirakçılarına dövlət səviyyəsində diqqət və qayğı ilə yanaşılır. Torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimiz xalqımızın yaddaşında əbədi yaşayır və bundan sonra da yaşayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.