REGİONLAR


Xaçmazda Vətən müharibəsi qazisi ziyarət olunub

Xaçmaz, 3 dekabr, Elxan Yusifli, AZƏRTAC

Dekabrın 3-də - Beynəlxalq Əlillər Günündə Xaçmazda Vətən müharibəsi qazisi Sənan Əhmədov evində ziyarət edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Xaspoladoba kəndində yaşayan Sənan Əhmədov xüsusi təyinatlı dəstənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi daim ön сəbhədə döyüşüb. Qəhrəman döyüşçü “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qazi ilə söhbət zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, əsgər və zabitlərimizin şücaətindən, habelə bu gün ölkəmizdə şəhid ailələrinə, qazilərimizə göstərilən dövlət qayğısından danışılıb.

Sənan Əhmədov cəbhə xatirələrini bölüşüb, keçdiyi döyüş yolundan danışıb.

Vətən müharibəsi qazisi və valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.