Xaçmazda “Yaz festivalı” keçirilir
AzerTAg.az
Xaçmaz, 14 may, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ilk dəfə Xaçmaz rayonunda “Yaz festivalı” keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalda nazirlik rəsmiləri, alimlər, fermerlər, kənd təsərrüfatı istehsalı vasitələrinin satışı ilə məşğul olan sahibkarlar, müxtəlif şirkətlərin nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak edirlər.
Festivalın keçirilməsində məqsəd müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting istehsalçılarının öz məhsullarını nümayiş etdirməsi, fermerlərin bu məhsullara əlçatanlığının təmin edilməsi, fermer və sahibkarlar arasında işgüzar görüşlərin təşkil olunmasıdır.
Xəbərin mətnində orfoqrafik səhv var